featured-image-9429

“Torpedo” (Moskva) klubunun futbolçusu David Qarayev Azərbaycan milli komandasında çıxış edə bilər.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə “Sport24.ru” saytına açıqlama verib.

O, hələlik məsələ ilə bağlı qərar vermədiyini bildirib:

“Millidə oynamaq əladır, amma bütün qohumlarım Rusiyadadır”.

Azərbaycanın gənclər yığmasında oynadığını xatırladan forvard burada yaxınlarının olmadığını söyləyib:

“Sadəcə, o vaxt bir çox əcnəbi futbolçuya Azərbaycan pasportu verilirdi. AFFA-dan zəng gəldi. Dedilər ki, 1995-ci il təvəllüdlü oyunçuların komandasını yığırıq, gəl. Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi”.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. Rusiyada “Ximki” və “Ural” kimi komandaların da formasını geyinmiş hücumçu Qazaxıstanın “Kaspi” klubunda da oynayıb.

Bənzər xəbərlər