featured-image-80331

Argentina millisinin futbolçusu Kristian Romeronun “İnter” və ya “Barselona”ya keçəcəyi gözlənilir

Argentina millisinin futbolçusu Kristian Romero yay transfer dönəmində “Tottenhem”dən ayrılacaq.

Msport.az xəbər verir ki, “İnter” 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Lakin İtaliya çempionu bu keçiddə maliyyə çətinlikləri ilə üzləşə bilər. London təmsilçisi bu transferdən 50 milyon avro qazanmaq niyyətindədir. İspaniya çempionu “Barselona” da oyunçu ilə maraqlanır. Lakin klub hələlik rəsmi təklif göndərməyib.

Qeyd edək ki, 2022-ci ildən “Tottenhem”də çıxış edən Kristian Romeronun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər