featured-image-75011

“Yuventus”un sabiq baş məşqçisi İqor Tudor “Tottenhem”ə rəhbərlik etməyə hazırdır. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, xorvatiyalı mütəxəssis London klubuna xəbər göndərib ki, iyuna kimi baş məşqçi postuna keçə bilər.

“Tottenhem” mövsümə Tomas Frankın rəhbərliyi altında başlasa da, bu günlərdə o, istefaya göndərilib.

Yayda vakant posta iki əsas namizəd var – Roberto De Dzerbi və Maurisio Poçettino.

“Tottenhem” 26 oyundan 26 xalla turnir cədvəlində 16-cı yeri tutur.

Bənzər xəbərlər