"Tottenhem" "Vest Hem"in futbolçusunu transfer etdi - RƏSMİ
“Tottenhem” “Vest Hem”in futbolçusu Mateuş Fernandeşi transfer edib.
Msport.az xəbər verir ki, “Tottenhem” portuqaliyalı yarımmüdafiəçiyə görə 99 milyon avro ödəyib.
21 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 42 oyunda 5 qol vurub və beş məhsuldar ötürmə verib.
O, daha əvvəl “Sportinq” və “Sautqempton”da da çıxış edib. Fernandeş bu il Portuqaliya millisində debüt edib.







