“Trabzonspor” əsas “qol silahı”nı satdı
Çempionlar Liqasında qrupa düşə bilməyən “Trabzonspor” hücumçusu Andreas Korneliusu “Kopenhagen”ə satıb.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər bu gün müqavilə imzalayacaq. Bu transferə görə Trabzon təmsilçisi 6 milyon avro qazanacaq.
2021-ci ildən “Trabzonspor”da oynayan Kornelius ötən mövsüm Türkiyə Super Liqasında 37 oyuna 15 qol vurmuşdu.
Qeyd edək ki, “Trabzonspor” Çempionlar Liqasının pley-offunda məhz “Kopenhagen”ə uduzmuşdu.
29 yaşlı hücumçu 2012-2019-cu illərdə Danimarka klubunun şərəfini qoruyub.