featured-image-31865

“Trabzonspor” Azərbaycan millisinin və “Qrasshopper”in futbolçusu Renat Dadaşovla bağlı qərar verməyə tələsmir.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi menecerlər vasitəsilə təklif olunan 24 yaşlı hücumçunun oyunlarının videoyazılarını izləyir.

Xorvatiyalı mütəxəssis skautların forvardla bağlı raportlarını diqqətlə analiz edir.

Qeyd edək ki, ötən mövsüm “Qrasshopper”in heyətində 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan Renat Dadaşovun qiyməti 1,5 milyon avrodur.

CAHİD

Bənzər xəbərlər