featured-image-4519

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Turan Tovuz” heyəti gücləndirmək niyyətindədir.

Msport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun komandada görmək istədiyi futbolçulardan biri də Rahil Məmmədovdur. Qışda icarə əsasında “Zirə”yə gələn 26 yaşlı mərkəz müdafiəçisi heyətə düşməkdə çətinlik çəkirdi. O, qəsəbə klubunda cəmi 7 oyun keçirib ki, bunların da əksəriyyətində əvəzetmədən meydana daxil olub. Transfer hüquqları “Qarabağ”a məxsus olan futbolçunun Ağdam təmsilçisində şans əldə etməsi də real deyil. Bu səbəbdən Məmmədov karyerasını “Turan Tovuz”da davam etdirə bilər.

Qeyd edək ki, müdafiəçi “Qarabağ”la “Zirə”dən başqa, “Nefçi” və “Səbail” klublarının da formasını geyinib.

Bənzər xəbərlər