featured-image-31681

“Turan Tovuz” heyətini yeni hücumçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Martin Petkovla anlaşıb.

20 yaşlı bolqarıstanlı forvard son olaraq ölkəsində “Septemvri” klubunda çıxış edib. O, buna qədər “Levski” və “Slaviya” komandalarının da formasını geyinib.

Gənc futbolçu ötən mövsüm Bolqarıstan çempionatında 26 oyunda 4 qol vurub.

Petkov Bolqarıstanın U-21 yığmasında 11 oyunda 1 qol vurub.

Artıq transfermarkt saytı da onun “Turan Tovuz”la müqavilə bağladığını qeyd edib.

Xadtırladaq ki, Natan Oduva Tovuz təmsilçisindən ayrıldıqdan sonra hücum xəttinə yeni oyunçu axtarılırdı.

AYXAN 

Bənzər xəbərlər