featured-image-9906

“Turan Tovuz” heyətini yeni futbolçu gücləndirib. Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda kamerunlu hücumçu Runi Vankevai ilə müqavilə bağlayıb.

25 yaşlı forvard artıq Tovuza gəlib və məşqlərdə iştirak edir. Hücumçunun son klubu Yunanıstan “Apollon Pontou”su olub. Runi “Karaiskakis”, “Alger” (Əlcəzair), “Asteras” (Yunanıstan) kimi klublarda çıxış edib.

O, bu ilin yayında “Ankara Keçiörəngücü” klubu ilə müqavilə bağlasa da, bu komanda da oynamayıb.

media-01f436b9-6930-4679-96f6-d6efa6427621

Bənzər xəbərlər