featured-image-41522

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.

Msport.az xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.

18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.

Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.

Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.

yer komanda tamaşaçı oyun orta
1 Turan Tovuz 38900 9 4322
2 Neftçi 17196 9 1911
3 Sabah 13404 9 1489
4 Qarabağ 14418 10 1442
5 Sumqayıt 11836 9 1315
6 Kəpəz 9625 8 1203
7 Zirə 8480 9 942
8 Səbail 8100 9 900
9 Qəbələ 6180 9 687
10 Araz-Naxçıvan 4820 9 536
   Cəmi 132959 90 1477

Bənzər xəbərlər