Millimiz Moldovaya uduzdu
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Msport az xəbər verir ki, milli komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 1-0 qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.







