"Turan Tovuz" - "Fənərbağça" oyununun vaxtı müəyyənləşdi
Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyununun başlama saatı bəlli olub.
Msport.az xəbər verir ki, İstanbul klubu ilə matç oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, oyunun biletləri sabahdan satışa çıxarılacaq.







