featured-image-7981

“Turan Tovuz” klubu heyətinə yeni futbolçu cəb edib.

Msport.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortiyanı transfer edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Telavi”də keçirən Aşortiya vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın formasını geyinib. O, son mövsümdə “Telavi”nin heyətində 20 oyun keçirib 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər