"Turan Tovuz" iranlı gənclərlə heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Kurban Berdıyevin komandası İranın U-20 yığması ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə heç-heçə başa çatıb. Tovuz təmsilçisinin yeganə qolunu ötən mövsüm icarə əsasında “Kəpəz”də keçirmiş Sadiq Şəfiyev vurub.
“Turan Tovuz”un Türkiyə toplanışında 4 yoxlama oyunu keçirməsi planlaşdırılır.







