"Turan Tovuz" ispaniyalı futbolçuyla gücləndi
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, bölgə təmsilçisi Aleks Serranonu transfer edib.
28 yaşlı ispaniyalı futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb. “Sportinq Xixon”un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində “Malyorka”, “Selta”, “Salamanka”, “Kornelya”, “Qurnik” (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi “Hebar”ın şərəfini qoruyub.







