“Turan Tovuz”la “Kəpəz”ə 1600 manatlıq cərimə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Zirə”nin futbolçusu Dmitrios Çantakias qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Səbail” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Turan Tovuz” – “Qəbələ” oyununun 32-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.