featured-image-24859

“Qəbələ” Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”la görüşəcək.

Msport.az xəbər verir ki, bu, iki komanda arasında üçüncü qarşılaşma olacaq.

Əvvəlki görüşlər cari mövsüm Premyer Liqa çərçivəsində baş tutub. “Qırmızı-qaralar” mövsümün ilk turunda Tovuzda rəqibini 2:0 hesabı ilə məğlub edib. 2022-ci ilin son turuna təsadüf edən Qəbələdəki matçda isə qolsuz heç-heçə qeydə alınıb. Hesabında qələbə və heç-heçə olan “Qəbələ” 2 top vurub və qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, martın 11-də Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

Bənzər xəbərlər