featured-image-24624

Avtobus məsələsini həll edən “Turan Tovuz” indi əsas diqqətini tablo və projektorun quraşdırılmasına yönəldib.

Msport.az-ın əldə etdiyi məlumata görə, Qərb klubu stadionun işıqlandırma sistemi ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparır. “Turan” yeni sponsorunun dəstəyi sayəsində yaxın vaxtlarda hər iki məsələni həll etməyə çalışır.

Tovuz təmsilçisi “Neftçi” ilə Azərbaycan kubokunun aprelin 19-da keçiriləcək ilk yarımfinal oyununa kimi projektorları quraşdırmağı qarşısına məqsəd qoyub. İşıqlandırma yoluna qoyulduqdan sonra artıq “Turan” ev oyunlarını axşam saatlarında keçirə biləcək.

AYXAN 

 

Bənzər xəbərlər