“Turan Tovuz” növbəti oyuna çıxır
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Kurban Berdıyevin komandası “İğdır” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, Tovuz təmsilçisi bundan əvvəl İranın U-20 millisi və “Fatih Karagümrük” klubu ilə heç-heçə edib – 1:1.






