featured-image-31957

Sərtan Taşkın yeni mövsümdən “Turan Tovuz”un şərəfini qoruyacaq. Msport.az xəbər verir ki, “Zirə”dən ayrılan 25 yaşlı futbolçu Qərb klubu ilə anlaşıb. Yaxın vaxtlarda Tovuz təmsilçisi yarımmüdafiəçinin transferini açıqlayacaq.

Qeyd edək ki, Sərtan “Zirə” ilə vidalaşdıqdan sonra “Qəbələ” ilə də danışıqlar aparıb. Amma sonda Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın şərtləri daha əlverişli olduğundan o, “Turan”a getməyi qərara alıb. “Qəbələ” ilə yanaşı, Sərtan “Səbail”ə də keçməyə yaxın olub. Hətta paytaxt klubunun ofisində transferlə bağlı danışıqlar aparıb. Amma “dənizçilər”lə də anlaşmaq mümkün olmayıb.

Yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 29 oyunda 5 qol vurub.

O, əvəllər “Sumqayıt” və “Keşlə” klublarının heyətində çıxış edib.

AYXAN  

 

Bənzər xəbərlər