featured-image-9874

Futbol üzrə Misli Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununa artıq 2 mindən çox bilet satılıb.

Msport.az xəbər verir ki, oyun saatına kimi 3 mindən çox biletin satılması gözlənilir.

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevdən aldığımız məlumata görə, 380 mövsümlük bilet də satılıb.

Bu gün Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçına saat 17:00-da start veriləcək.

Bənzər xəbərlər