featured-image-16280

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Çempionatın mübariz kollektivlərindən olan “Turan Tovuz” mövsümün ən uğursuz komandalarından sayılan “Şamaxı”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu matç qonaq komandanın qələbəsiylə yekunlaşıb. Beləcə, “Şamaxı” ilk qələbəsini rəsmiləşdirib.

Sabah “Qəbələ” doğma meydanda “Zirə”ni, “Sumqayıt” isə “Neftçi”ni sınağa çəkəcək. Son oyun günündə əvvəlcə “Səbail”lə “Sabah”, daha sonra isə isə “Qarabağ”la “Kəpəz” üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
13-cü tur

4 noyabr

Turan Tovuz – Şamaxı 1:3
Qol: R.Eva, 33-pen – K.Quliyev, 17. R.Hüseynli, 42. F.Bayramov, 51.
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 19. Runi Eva, 23. Okebuqvu Henri.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 36. İzzət Müştaqov, 87. Nazim Həsənzadə, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.

Bənzər xəbərlər