“Turan Tovuz” Türkiyə klubunu məğlub etdi
Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün yoxlama matçına çıxıb.
Msport.az xəbər verir ki, Qərb təmsilçisi Türkiyənin “Iğdır” klubu ilə qarşılaşıb.
1-ci liqa təmsilçisi ilə görüş “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdakı yeganə qolu Jo Batista vurub.
Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində İranın U-20 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşıb. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.







