"Turan Tovuz" Türkiyədə son oyuna çıxır
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün son yoxlama oyununa çıxır.
Msport.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə Superliqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, Tovuz klubu buna qədər İranın U-20 millisi və “Fatih Karagümrük” klubları ilə heç-heçə (1:1) edib, “İğdır” üzərində isə qələbə qazanıb – 1:0.







