featured-image-25143

İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Zirə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. Oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

Bənzər xəbərlər