"Turan Tovuz"un daha bir rəqibi məlum oldu
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunundakı növbəti rəqibi bəlli olub.
Msport.az xəbər verir ki, Qərb klubu iyulun 27-də I Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşacaq.
Qeyd edək ki, Kurban Berdıyevin komandası ilk yoxlama matçında İranın U-20 millisi ilə 1:1 hesabı ilə bərabərə qalıb.







