featured-image-17519

“Qələbəyə görə çox sevinirəm. Allaha şükür, əziyyətimiz yerdə qalmadı”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Şakir Seyidov səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi hər matça ciddi hazırlaşdıqlarını bildirib: “Bu görüşün əhəmiyyəti daha böyük idi. Kubokda ilk sınağımız idi. Səbrli olmalıydıq. Son dəqiqələrdə qol vuraraq, istəyimizə çatdıq”.

Gənc oyunçu rəqiblərə hörmətlə yanaşdıqlarını söyləyib: “Komandanın kimliyi bizim üçün fərq etmir. Məşqimizi edib, ciddi hazırlaşırıq. Ayxan müəllimin tapşırıqlarını meydanda düzgün yerinə yetirməyə çalışırıq”.

Qətərdə davam edən dünya çempionatına da toxunan Seyidov favoritini açıqlayıb: “Mundialı izləyirəm. Argentina millisini dəstəkləyirəm. Təəssüflər olsun ki, bu gün uduzdular. Amma inanıram ki, dünya çempionu olacaq”.

Bənzər xəbərlər