featured-image-7087

Koronavirusla bağlı bəzi ölkələrdə yenə də artım müşahidə olunur. Artıq Nazirlər Kabineti Gürcüstanla quru sərhədin keçilməsinə dair xüsusi icazə sənədinin verilməsini dayandırıb. Bu da qonşu ölkədə təlim-məşq toplanışı keçmək istəyən klublarımızın planlarına təsir göstərə bilər. Qeyd edək ki, “Səbail” və “Turan Tovuz” yeni mövsümə hazırlıq üçün Gürcüstana gedəcəyini açıqlamışdı.

Msport.az-a açıqlama verən “Səbail”in mətbuat katibi Sənəm Fərhadova planlarında hər hansı dəyişiklik olmayacağını bildirdi:

“Biz əvvəlcədən də quru sərhədi ilə deyil, hava yolu ilə səfəri nəzərtə tutmuşduq. Buna görə də planımızda heç bir dəyişiklik yoxdur. Nəzərdə tutduğumuz tarixdə Gürcüstana yollanaraq orada hazırlıq keçəcəyik”.

Amma “Turan Tovuz”da vəziyyət bir qədər fərqlidir. Gürcüstana yaxın olan rayonun komandası toplanışa məhz quru yolu ilə getməyi düşünürdü. Komandanın baş məşqçisi Ayxan Abbasov qonşu ölkədəki təlim-məşq toplanışının sual altına düşdüyünü qeyd etdi:

“Belə bir qərar çıxdıqdan sonra bizə də çətin oldu. Düşünürdük ki, Tovuzdan avtobusla quru sərhədi keçərək Gürcüstana gedək. İndi yalnız təyyarə ilə gedə bilərik. Bu da əlbəttə, əlavə xərc deməkdir. Həm də təyyarə biletlərinin qiyməti də bu aralar xeyli qalxıb. Ona görə də bu məsələ açıq qalıb. Görək, necə olur. Hələ açıq qalan məsələlər çoxdur”.

Bənzər xəbərlər