featured-image-3127

Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Turan Tovuz”un stadionunda yenilik ediləcək.

Msport.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Nadir Nəbiyev məlumat veriib.

Onun sözlərinə görə Tovuz şəhər stadionunun süni ot örtüklü meydançası təbii ot örtüyü ilə əvəzlənəcək:

“Çempionat bitəndən sonra ot örtüyü dəyişdiriləcək. May ayının sonuna planlaşdırılır. Yəni “Turan Tovuz” yeni mövsümdən təbii ot örtüklü meydançada oynayacaq. Birinci Divizionun bitməsini gözləyirlər. Mayın 17-si son oyundur. Ondan sonra ot örtüyü dəyişdiriləcək”. (qol.az)

Tovuz şəhər stadionunun meydançası əvvəllər də təbii ot örtüklü olub. Ancaq komanda maliyyə çətinliyinə görə bir neçə ildir ki, süni örtüklü meydançada oynayır.

Bənzər xəbərlər