featured-image-32062

Türkiyə Futbol Federasiyası legioner limiti ilə bağlı yeni qərar qəbul edib.

Msport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa klubları 14 əcnəbi futbolçu ilə yanaşı, Türk respublikalarından bir oyunçunu da heyətə daxil edə bilərlər.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan futbolçu o zaman legioner sayılmayacaq, yerli statusda oynayacaq.

Qeyd edək ki, qərar hələ ki Türkiyə Super Liqası üçün keçərlidir. Türkiyə Liqa-1-də də eyni qaydanın tətbiq edilib-edilməyəcəyi məlum deyil.

Azərbaycanlı futbolçular daha çox məhz Türkiyə Liqa-1-də çıxış etmək imkanı qazanırlar. Super Liqada bizimkilərin rəqabətdən qalib ayrılması çox çətin olur.

AYXAN 

Bənzər xəbərlər