Türkiyədə 1 qızıl və 1 bürünc medal
Türkiyənin Konya şəhərində gənclər arasında açıq turnir keçirilib.
Msport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 2 medal qazanıb.
Gənc şpaqaçımız Xədicə Həsənli qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün görüşlərini qalib başa vuraraq turnirin qızıl medalına yiyələnib.
Mirxətai Məmmədov isə oğlanların şəxsi mübarizəsində mükafatçılar sırasında yer alıb. Yarımfinala kimi irəliləyən təmsilçimiz finalın bir addımlığında uduzaraq bürünc medala layiq görülüb.