featured-image-59238

“İdman sahəsində mütəxəssis mübadiləsi proqramı” çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, nazir Fərid Qayıbov ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb. Nazir qonaqlara idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar görüşə görə təşəkkür edib, ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən bir sıra idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər.

Görüş zamanı iki qardaş ölkə arasında idman sahəsi üzrə ikitərəfli əlaqələr müzakirə edilib, təcrübə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bənzər xəbərlər