Türkiyəli menecer 6 transferdən 2,5 milyon avro qazandı
Türkiyəli menecer Ahmet Bulut “Trabzonspor”un 6 transferinə görə 2,5 milyon avro agent pulu (komisyon) qazanıb.
Msport.az “Pirana Spor”a istinadən xəbər verir ki, 53 yaşlı menecer ən çox Maksi Qomezin “Valensiya”dan Trabzon klubuna keçidindən gəlir əldə edib. Həmin transferdən Bulutun gəliri 585 min avro olub.
Densvil – 410 min avro
Larsen – 210 min avro
Maksi Qomez – 585 min avro
Bartra – 375 min avro
Bardi – 435 min avro
Trezeqe – 517 min avro
(Pirana spor)