featured-image-59279

“İdman sahəsində mütəxəssis mübadiləsi proqramı” çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edib.

Msport.az xəbər verir ki, qonaqlar Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar.

Səfər zamanı qonaqlar Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Akademiyası, Heydər Əliyev Mərkəzi, İçərişəhər və Xalça Muzeyini ziyarət ediblər.

Onlar, həmçinin Su İdmanı Sarayının, Avropa Oyunları Parkının, Milli Gimnastika Arenasının, Azərbaycan Cüdo Federasiyasının, Bakı Atıcılıq Mərkəzinin, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin fəaliyyəti ilə tanış olublar. Nümayəndə heyəti Şüvəlanda “Ulduz” Futbol Akademiyasının düşərgəsinə də baxış keçirib.

Gənclər və idman naziri Fərid Qayıbovla görüşən qonaqlar fəaliyyətləri barədə danışıblar.

Bənzər xəbərlər