featured-image-11028

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları geridə qaldı. “Turan Tovuz” – “Qarabağ” matçı təxirə salındığından bu tur dörd görüşü izləyə bildik.

Msport.az turun yadda qalan, maraqlı məqamlarını sizə təqdim edir:

ATA DƏSTƏYİ 

media-Fahtf_7UUAEbRd9

“Şamaxı” – “Səbail” matçında (1:1) hər iki komanda bu  mövsüm ilk xallarını qazandılar. Amma bu heç-heçə heyəti yerli futbolçulardan təşkil olunmuş meydan sahiblərini daha çox sevindirdi. Tribunalarda ən maraqlı görüntü isə “Şamaxı”nın futbolçusu Fuad Bayramovun atasından gəldi. Stadiona “Oğlum Fuad, qol vur atan sevinsin” plakatı ilə gələn valideyn matçdan sonra çox da sevinə bilmədi. Çünki “Səbail”in futbolçusu Ruslan Hacıyevin fərqləndiyi epizodda məhz Fuad Bayramov kobud səhhvlə yadda qaldl. Amma meydanda qalıb oyunu davam etdirən müdafiəçi matçın qalan hissəsini yaxşı keçirdi.

 

RƏŞAD ƏZİZLİDƏN VAR “GÖZƏLLƏMƏLƏRİ” 

media-300125765_5697347373630069_2984917110645345828_n (1)

“Şamaxı” – “Səbail” görüşünün sonlarında maraqlı hadisə yaşandı. Baş hakim Vüqar Həsənli Adil Nadirovun Ağabala Ramazanova qarşı kobudluğunda qırmızı vərəqə olub-olmadığını müəyyənləşdirmək üçün monitora tərəf getdi. Bu zaman meydan sahiblərinin qapıçısı Rəşad Əzizli gözünü yumub ağzını açdı:

  • Orda penalti var? VAR-a niyə baxırsız? Buna görə VAR-a baxarlar? 
  • Görməmişlər bir VAR gətiriblər, indi harda gəldi baxacaqlar. 
  • Bu az oldu, gedin evdə də baxın hələ. 

Bu hadisə göstərdi ki, bir çox futbolçuların hələ VAR-dan tam anlayışı yoxdur. Onlar nə zaman VAR-a müraciət edilib-edilməyəcəyini bilmirlər.

RƏŞAD SADIQOVDAN VAR-A ETİRAZ 

media-изображение_2022-08-22_124147102

“Zirə” “Sumqayıt”la oyunda rəqib qapısına yol tapa bilmədi – 0:0. Oyunun gedişində VAR-a baxılmasına görə yaranan pauzaya etiraz edən Rəşad Sadıqov mətbuat konfransında maraqlı danışdı. O, jurnalistlər qarşısında VAR-dan narazılığını dilə gətirdi:

Keçən il deyir və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi. VAR-a görə 6 dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib də istirahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra “Sumqayıt” əks-hücuma çıxdı. Hansısa qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir. 30 ildir futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə 6 dəqiqə nə barədə danışırdı? Mən onun nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin epizodun təkrarına baxsın”.

BAQANIN “RODDOM” TƏCRÜBƏSİ 

media-300710481_509036424555914_5679686580410855132_n

“Sumqayıt” “Zirə” ilə qarşılaşmada ilk xalını qazansa da, “gənclik şəhəri” təmsilçisi hələ ki qol hesabını aça bilməyib. Bu oyunda yeni legioner Aqanspahiçin start heyətində meydana çıxması da, “Sumqayıt”a kömək etmədi. Mətbuat konfransında qonaqların baş məşqçisi Aleksey Baqa qol vurmağı hamiləliklə müqayisə edib. Deyəsən, belaruslu mütəxəssisin Minskdəki evi “roddom”un yanında imiş, ya da ailədən kimsə “mamaça” işləyir: “Nə vaxt qol vuracağımızı bilsəydim, resepti sizə də deyərdim. Bunun üzərində işləyirik. Oyunçular da çalışır. Vaxt barəsində nəsə deyə bilmərəm. Bu, hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək”.

 

1987-DƏN SONRA İLK DƏFƏ 2022-DƏ! 

media-300509618_2940727596225538_401601694636290353_n

“Neftçi” prinsipial oyunda “Sabah”a 1:2 hesabı ilə uduzdu. Matçın baş hakimi Fərid Hacıyev “ağ-qaralar”ın qapısına 3 penalti təyin etdi. Düzdür, Murad Musayevin komandası bu penaltilərdən ikisini qola çevirdi. İnsafən, referinin qərarları mübahisə doğurmadı, hətta “Neftçi”nin futbolçuları da buna etiraz etmədilər.

Sən demə, sonuncu dəfə “Neftçi”nin qapısına 3 penalti hələ keçmiş SSRİ çempionatında – 1987-ci ildə təyin olunub. Onda Jidkov Mixayliçenkonun zərbəsini dəf etsə də, Belanovun ardıcıl qollarına mane ola bilməmişdi. Maraqlısı odur ki, 1987-də də, 2022-də penalti zərbələri 36, 77 və 90-cı dəqiqələrdə təyin olunmuşdu.

Bənzər xəbərlər