U-17 AÇ-nin seçmə mərhələsində ilk oyuna çıxır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.
“Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, ayın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.







