U-17 millinin təlim-məşq toplanışına 24 futbolçu çağırıldı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təlim-məşq toplanışı olacaq. Msport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
S.
|
ADI / SOYADI
|
KLUB
|
1
|
Ayxan Abbaszadə
|
Turan Tovuz
|
2
|
Həbib Hüşənov
|
Qəbələ
|
3
|
Tuncay Əhmədov
|
Sabah
|
4
|
Firudin Kişiyev
|
EFA
|
5
|
Əhməd Tarverdiyev
|
Sabah
|
6
|
Səmid Əhmədov
|
Qəbələ
|
7
|
Vüsal Paşayev
|
Sumqayıt
|
8
|
Nadir Orucov
|
Sumqayıt
|
9
|
Rəşad Alışov
|
Sabah
|
10
|
Ramin Əvəzov
|
Sabah
|
11
|
Ömər Kərimov
|
Qəbələ
|
12
|
Babamirzə Mehdiyev
|
Sabah
|
13
|
Anar Hüseynov
|
Sabah
|
14
|
Ziya Şəkərxanov
|
Qəbələ
|
15
|
Elnur Cabbarlı
|
Sumqayıt
|
16
|
Sadiq Məmmədli
|
Neftçi
|
17
|
Ömər Nəsibov
|
Neftçi
|
18
|
Amin Muradov
|
Neftçi
|
19
|
Həsən Nəzərli
|
Ankaragücü (Türkiyə)
|
20
|
Hikmət Cəbrayılov
|
Qarabağ
|
21
|
İslam İsmayılzadə
|
Səbail
|
22
|
Amid Qasımov
|
Qarabağ
|
23
|
Röyal Fərzullazadə
|
Neftçi
|
24
|
Ümid Səlimov
|
Şamaxı
|