Yığmamızın MDB Oyunları üçün heyəti açıqlandı
Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, baş məşqçi İlqar Aslanovun rəhbərliyi altında yığma səfərə bu futzalçılarla yollanıb:
Qapıçılar: Əli Quliyev, Sadiq Əlizadə
Oyunçular: Sunay Həsənov, Qüdrət Qasımzadə, Fərid Abbasov, Rüfət Məmmədli, İlham Əliyev, Şahbaz Həmdəmli, Kərim Babayev, Orxan Babayev, Nüsrət Fərzəli, Ayxan Məmmədli, Bəyoğlan Vəlizadə, Elşən Mahmudov.
Qeyd edək ki, komandamız turnir çərçivəsində avqustun 7-də Belarus, ertəsi gün Qırğızıstan, ayın 9-da isə Özbəkistanla qarşılaşacaq. Son matç avqustun 11-də keçiriləcək və rəqib Rusiya futzalçıları olacaq.