featured-image-55973

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Msport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv İngiltərə seçməsi ilə üz-üzə gələcək.

Bristol şəhərindəki “Aşton Qeyt” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qarşılaşmanı xorvatiyalı referi İvana Martinçiç idarə edəcək.

Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikincidirsə, üçüncü pillədə olan Serbiyanın 13 xalı var. Şimali İrlandiya 10 xalla dördüncü, Lüksemburq 7 xalla beşincidir. 3 xala malik Azərbaycan millisi turnir cədvəlinin sonuncusudur.

Bənzər xəbərlər