featured-image-21191

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Msport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Rux” (Lvov, Polşa) – “İnter” (İtaliya) oyununu idarə edəcək.

Məsiyevə yan xətt hakimləri Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek yerinə yetirəcək.

Fevralın 8-də Polşada keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bənzər xəbərlər