"UEFA ilə danışıqlardan sonra "Sabah"ın məşqçiləri Latviyaya daxil ola bildilər" - Sərxan Hacıyev
“Bu məsələ ilə bağlı hələlik çox detallı məlumat vermək istəmirik”.
Bunu Msport.az-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev “Sabah”ın məşqçilər heyətinin Latviyaya girişlə bağlı yaşadığı problem barədə danışarkən deyib.
Funksioner RFŞ ilə UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi belə bir çətinliyin yarandığını etiraf edib: “Həm “Sabah” rəhbərliyi, həm biz AFFA olaraq, UEFA ilə danışıqlar aparırdıq. Sonda məşqçilər ölkəyə daxil ola bildilər”.
Hacıyev bildirib ki, bu barədə Latviyadan döndükdən sonra ətraflı məlumat vermək daha yaxşı olar.
Qeyd edək ki, bu gün keçiriləcək RFŞ – “Sabah” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







