UEFA "Qarabağ"ın müraciətinə nə cavab verdi?
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ll turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
Msport.az “futbolpress”ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabah keçiriləcək matçdan öncə Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə bağlı UEFA-ya müraciət etsə də, rədd cavabı verilib.
Qitə futbol qurumundan klubun narahatlığının başadüşülən olduğu, amma bunun futbolla əlaqəli olmadığı bildirilib.
Bununla belə, görüşdən öncə azarkeşlərin öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəyi gözlənilir.
Rəsmi məlumata görə, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-si gecə saatlarından başlayan hərbi əməliyyatlarda Azərbaycanın 50 hərbi qulluqçusu şəhid olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də start götürəcək.