featured-image-24819

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının XXVI turu çərçivəsində “Şamaxı”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis qarşıdakı oyuna hazırlığın çox yaxşı getdiyini bildirib:

“Demək olar ki, bütün oyunçular sərəncamımdadır. Son matçlarda yaxşı çıxış etdiyimizi deyə bilərəm. Şamaxıdakı stadionun ot örtüyünün süni olması barədə düşünmürük. Səfərdə qələbə qazanmağa çalışacağıq. Normal ot örtüyü olmasa da, yalnız qalib gəlmək niyyətindəyik. Uğurlu seriyanın davamını gətirmək istəyirik”.

Regekampf yarımmüdafiəçi Ataa Caberin zədələndiyi üçün üzüldüyünü söyləyib: “Həmin mövqedə bir neçə seçimimiz var. Futbolda belə hallar olur. Onun tezliklə sıraya dönəcəyinə inanıram. Sezar Meza Kollinin ötən qarşılaşmada qol vurmasına görə isə sevinirəm. Çox gözəl oyun nümayiş etdirib. Amma futbolçunun 7 ay sonra yaşıl meydanlara qayıtdığını nəzərə almalıyıq. Meza Kollinin hansı keyfiyyətlərə sahib olduğunu bilirik. Ona inanıram”.

Mütəxəssis qış transfer dönəmində komandaya cəlb edilən oyunçuların kollektivə uyğunlaşdığını sözlərinə əlavə edib: “Onlar burada oynamaq üçün yetərli səviyyədə olduqlarını artıq göstəriblər. Mövsümü zədəsiz başa vuracaqlarına ümid edirəm”.

Martın 12-də baş tutacaq “Şamaxı” – “Neftçi” matçına saat 15:00-da start veriləcək.

Bənzər xəbərlər