featured-image-78160

Ukrayna millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

Msport.az xəbər verir ki, Ukrayna Futbol Federasiyası Andrea Maldero ilə müqavilə bağladığını açıqlayıb. 55 yaşlı italiyalı mütəxəssis ölkə utbolu tarixində milliyə rəhbərlik edəcək ilk əcnəbi mütəxəssis olacaq.

Maldera ilə müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Maldera ilk dəfə müstəqil şəkildə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, son dəfə “Marsel”də Roberto De Dzerbinin korpusunda çalışıb. Maldera onunla birgə “Brayton”da da işləmişdi.

İtaliyalı məşqçi Massimiliano Alleqri, Filippo İnzaqi, Klarens Zeedorfla “Milan”da, Andrey Şevçenkoyla isə 2016-2021-ci illərdə Ukrayna millisində fəaliyyət göstərib.

 

 

Bənzər xəbərlər