featured-image-16978

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun futbolçusu Artyom Besedin “Qarabağ”a keçə bilər.

Msport.az “sport.ua” saytına istinadən xəbər verir ki, Ağdam klubu 26 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Təcrübəli forvardın qışda Azərbaycan çempionuna transfer olunacağı istisna edilmir.

Futbolçuya Türkiyənin “Kasımpaşa” və “Sivasspor” klubları da yaxından maraq göstərir.

Qeyd edək ki, 2013-cü ildən “Dinamo”da çıxış edən Artyom Besedin yığmada 19 oyuna 2 qol vurub.

Bənzər xəbərlər