featured-image-1564

Voleybol üzrə milli komandamızın sabiq üzvü Polina Rəhimova insanları Ukraynaya dəstək olmağa çağırıb.

Msport.az xəbər verir ki, 32 yaşlı Ukrayna əsilli oyunçu bununla bağlı şəxsi “facebook”  hesabında paylaşım edib.

Təcrübəli voleybolçu tamaşaçıları bu gün İstanbulda “Fənərbağça” və “Şaxtyor” arasında baş tutacaq xeyriyyə matçı üçün bilet almağa səsləyib: “Oyundan əldə olunacaq bütün gəlirlər ukraynalı uşaqlara yardım məqsədilə xərclənəcək. Mən də orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq”!

“Ülker” stadionundakı görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Polina Rəhimova 2007 – 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

Bənzər xəbərlər