featured-image-82744

“Çelsi”nin futbolçusu Joao Pedro dizindəki problem səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu çərşənbə axşamı müayinədən keçib. Testlər zamanı ön çarpaz və medial yan bağlardakı gərilmə nəticəsində dizində şişkinlik aşkarlanıb.

“Çelsi” hücumçunun 25 gün istirahət etməsi barədə tövsiyə alıb. Bu səbəbdən Joao Pedro “Brentford”la matçı buraxacaq.

Joao Pedro artıq Braziliya millisinin heyətindən çıxarılıb. O, fasilədən bərpa prosesi üçün istifadə edəcək.

Bənzər xəbərlər