Ulduz futbolçu İrandan qaçdı
Karyerasını İranın “İstiqlal” klubunda davam etdirən “Barselona”nın sabiq hücumçusu Munir El-Haddadi ölkədə yaranan gərgin vəziyyət və hərbi münaqişələr fonunda İrandan qaçıb.
Msport.az xəbər verir ki, məşhur futbolçu təhlükəsizlik məqsədilə Türkiyəyə keçib.
30 yaşlı mərakeşli oyunçu bölgədə artan hücumlar və şiddətli qarşıdurmaların ardından hərəkətə keçib. El-Haddadi İranda çıxış edən digər futbolçu İvan Sançeslə birlikdə quru yolu vasitəsilə Türkiyəyə çatıb.
Munir vəziyyətlə bağlı bunu deyib: “Ölkəni hava yolu ilə tərk etmək niyyətində idim, lakin son anda bizi təyyarədən endirdilər və uçuş baş tutmadı. Klub mənə ölkəni avtomobillə tərk etməyim üçün maşın təmin etdi. Bunun sayəsində sərhədi problemsiz keçə bildim. Hazırda Türkiyədəyəm və ardından İspaniyaya yollanacağam”.
Qeyd edək ki, karyerasına “Barselona”da başlayan Munir El-Haddadi Kataloniya təmsilçisi ilə üç dəfə La Liqa və bir dəfə Çempionlar Liqasının qalibi olub. Bu mövsüm İran çempionatında 26 matça çıxan hücumçu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







