featured-image-16509

Azərbaycan Premyer Liqasında 13-cü tur geridə qaldı. Msport.az turun ən maraqlı hadisələrini sizin diqqətinizə çatdırır.

DURDU, DURDU, 90-DA VURDU

media-313402011_519982630142496_5728022278497845630_n

Bu sitatı türk şərhçilərin dilindən çox eşitmişik. Məhz son dəqiqələrdə qol vurulanda belə reaksiya verirlər. Ülvi İsgəndərovun “Zirə”nin qapısına 90+3-cü dəqiqədə vurduğu fantastik qola “Qəbələ” azarkeşləri reaksiya verə bilmədilər. “Sabah”la oyunda baş verənlərə görə onlar cəzalı idilər və “Zirə” ilə ev matçına buraxılmamışdılar. 81-ci dəqiqədə meydana daxil olmuş İsgəndərov düz mərkəzdən topu rəqib qapısına vurdu. İrəli çıxmış Mehdi Cənnətov topa çata bilmədi və Şahruddin Məhəmmədəliyevin “Omoniya”dan buraxdığı qolun kopiyası yarandı.

Yeri gəlmişkən, “Neftçi” ilə ötən qarşılaşmada Anar Nəzirov kobud səhvlərlə yadda qalmışdı və bu səbəbdən də Rəşad Sadıqov Cənnətova şans vermişdi. O, da belə.

 

AVROKUBOK AZARKEŞLƏRİ 

media-314642749_8372963139444149_4029068593047571056_n

media-313901951_8372963476110782_8834687180242619539_n

“Qarabağ” “Frayburq”la oyundan sonra Azərbaycan Premyer Liqasında “Kəpəz”lə qarşılaşdı. Bu dəfə də Ağdam klubu rəqibini Tofiq Bəhramov adına stadionda qəbul etdi. Və cəmi 3 gün öncə 30 min azarkeşin gəldiyi arenada indi tək-tük adam görmək mümkün idi. Hətta matçdan əvvəl “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin bununla bağlı azarkeşlərə “söz soxması”nın da xeyiri olmadı. Bir daha göründü ki, bizdə azarkeşlər yerli çempionata maraq göstərmirlər.

YENİ KONFLİKT

media-12342766366a1b449b82

“Neftçi”nin sükanı arxasında istər Bordin olsun, istərsə Regekampf, Samir Abasov bu komandadan xal almaq üçün əlindən gələni edir. İndi “ağ-qaralar”la oyun onun üçün ikiqat prinsipial idi. Məhz Abasovu yola saldıqdan sonra rumıniyalı mütəxəssisisi “Neftçi”nin baş məşqçi postuna gətirmişdilər. Abasov bu dəfə də eləyəcəyini elədi. Paytaxt klubu turnir cədvəlində sonuncu yeri tutan “Sumqayıt”dan 1 xalı çətinliklə aldı. Matçın kulminasiya nöqtəsi isə Abasovla Regenin davası oldu. Nəticədə, Samir Abasov karyerasında növbəti qırmızı vərəqəni aldı.

QAYITDI VƏ “NEFTÇİ”YƏ QOL VURDU 

media-313183544_578175444308678_3907988425696151263_n

Riçard Qadze “Sumqayıt”a gəlişindən sonra Samir Abasov ilk dəfə ona start heyətində yer vermişdi. 28 yaşlı qanalı hücumçu bu etimadı layiqincə doğrultdu. “Zirə”də oynadığı dönəmdən Azərbaycan çempionatını yaxşı tanıyan forvard 41-ci dəqiqdə hesabı açdı. Qeyd edək ki, Qadze “Zirə” forması ilə də “Neftçi”yə vaxtı ilə 2 qol vurub. O, hələ ki 90 dəqiqə oynamağa hazır deyil. Bu səbəbdən Abasov 62-ci dəqiqədə hücumçunu Aqanspahiçlə əvəzlədi.

AYXAN ABBASOVU ÖZÜNDƏN ÇIXARDILAR

media-314483655_544335887698197_5488298623649073077_n

“Turan Tovuz” bu tur gözlənilmədən “Şamaxı”ya öz meydanında uduzdu – 1:3. Matçdan sonra bəzi azarkeşlər komandanın futbolçuları ilə haqq-hesab çəkməyə girişdi. Bütün baş verənlərlər “Turan”ın baş məşqçisi Ayxan Abbasovu də özündən çıxarmışdı. O, mətbuat konfransında kifayət qədər əsəbi danışdı: “Biri var klubun azarkeşi, biri də var tamaşaçı. Tamaşaçı ayda bir dəfə stadiona gəlir, bu da normaldır, başa düşürük. 12 oyun keçirmişik, çətinliklərlə vuruşa-vuruşa gəlmişik. Bu çətinlikləri bilib gəlmişik, kömək etmək istəyirik. Səbirsiz olsalar, gələcəkdə mən də öz qərarımı verə bilərəm. Bu gün əlimdə elə böyük heyət, büdcə yoxdur ki, hər komandaya qarşı başabaş mübarizə aparım. Bir oyun, iki oyun… Bunun qarşısı alınmasa, yəqin ki, burada çox qalmayacağam. Kimsə özünü hazır sayırsa, işi bu gün canla-başla təhvil verə bilərəm”. 

İLK QƏLƏBƏ VƏ… BİR FOTO BELƏ YOXDUR 

media-314503060_530631259076617_8241356198693481776_n

“Şamaxı” çempionatda illk qalibiyyətini 13-cü turda əldə etdi, özü də səfərdə. Cavid Hüseynovun komandası Tovuz səfərində daha istəkli və əzmkar idilər. Kamran Quliyevin qolunundan sonra Runi Eva penalti ilə hesabı bərabərləşdirsə də, Rauf Hüseynli və Fuad Bayramov meydan sahiblərinin qapısına yol tapa bildilər. Bu qələbə sayəsində “Şamaxı” sonuncu pilləni də tərk etmiş oldu. Əyalət klubu  “Sumqayıt”ı indi 2 xal qabaqlayır. Təsəvvür edin ki, ayda-ildə bir qələbə qazanasan və klubun rəsmi səhifələrində bununla bağlı bir foto da yoxdur.

Bənzər xəbərlər