featured-image-34088

“Universitatya Krayova”nın yeni baş məşqçisi Laurentsiu Regekampf Adrian Mutunun “Neftçi”yə təyinatına münasibət bildirib.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis həmyerlisinə görə sevindiyini söyləyib:

“Ümid edirəm ki, yaxşı nəticələri olacaq. Onun avrokuboklarda oynamaq imkanı var. Necə ki bunu mən də etdim”.

O, ötən mövsümün sonunda “Neftçi”dən ayrılmasına da toxunub: “Müzakirə apardıq, işlər yaxşı getmirdi. Qərara gəldik ki, qarşılıqlı razılıq əsasında yolları ayıraq. Ondan sonra klubda baş verənlərlə maraqlanmadım”.

Regekampf “Neftçi”nin kapitanı Emin Mahmudovla bağlı çıxan transfer xəbərlərinin həqiqəti əks etdirmədiyini söyləyib: “Biz ümumiyyətlə heç nəyi müzakirə etməmişik. Bunların hamısı şayiədir. “Neftçi”nin kapitanı ilə müqaviləni uzatması da bunu təsdiqlədi”.

Bənzər xəbərlər